Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı

   Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı
  05 Sentyabr 2022    Oxunub:825
Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verən şəxslərlə bağlı istintaq orqanlarının vəsatəti məhkəməyə təqdim olunub.
AzVision.az xəbər verir ki, Nizami Rayon Məhkəməsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, direktor Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbiri və vəzifədən kənarlaşdırma tələb edilib.

Məhkəmə bu gün axşam növbətçi hakim tərəfindən və ya sabah keçiriləcək.

Qeyd edək ki, 2 gün öncə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

AzVision.az


Teqlər:





Xəbər lenti