Sabah hava mülayim olacaq

Sabah hava mülayim olacaq
  02 May 2014    Oxunub:967
Azərbaycanda istirahət günləri hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə bəzi yerlərdə zəif duman olacaq, gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam havanın tutqun olacağı, gecəyə doğru bəzi yerlərdəqısamüddətlıi az yğış yağacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində mayın 3-ü hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

Bu cür hava şəraiti mayın 4-də də davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti