`Atletiko`nun uğurunda Azərbaycanın rolu var` - `The Guardian `

`Atletiko`nun uğurunda Azərbaycanın rolu var` - `The Guardian `
  02 May 2014    Oxunub:1031
Britaniyanın məşhur “Qardian” (“Guardian”) qəzeti İspaniyanın `Atletiko Madrid` futbol klubunun uğurlu çıxışında Azərbaycanın rolundan yazıb. Yazının orijinalını BURADAN oxumaq olar.

Yazıda qeyd olunur ki, İspaniyanın “Atletiko Madrid” klubu futbol üzrə Çempionlar Ligasının finalına yüksəlib. Bundan başqa, klub İspaniya çempionu adını da qazana bilər. Bütün bu uğurlarda Atletiko Madridin sponsoru olan bir ölkənin-Azərbaycanın rolu böyükdür.

2013-cü il yanvar ayında iki tərəf arasında imzalanan sponsorluq müqaviləsinin dəyəri 12 milyon avrodur. Atletiko komandası öz idman formasının üzərində “Land of Fire” yazısı ilə Azərbaycanı bir növ təbliğ edir, bundan başqa gənc azərbaycanlı futbolçular Madrid klubunda təcrübə keçməyə imkanını qazanırlar.

Məqalədə vurğulanılır ki, bu əməkdaşlıq Azərbaycanın həyata keçirmək istədiyi ambisiyalı layihələrin yalnız bir hissəsidir. Neftlə zəngin olan bu ölkə artıq “Eurovision” müsabiqəsinə ev sahibliyi edib və 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirtməyə hazırlaşır.

AzVision.az


Teqlər:





Xəbər lenti