"Qarabağa 100 min yezidi kürd köçürəcəkdik" - Murazi

   "Qarabağa 100 min yezidi kürd köçürəcəkdik" -    Murazi
  06 Sentyabr 2022    Oxunub:1507
Kürd əsilli erməni jurnalist Boris Murazi İrəvanın kürdləri Qarabağda kütləvi şəkildə məskunlaşdıra bilməməsindən gileylənib.
AzVision.az xəbər verir ki, o, Azərbaycan torpaqları işğal altında saxlanılarkən qanunsuz məskunlaşdırma siyasətinin uğursuz şəkildə aparılmasını etiraf edib.

Ermənistan yezidiləri Qarabağa göndərir
- 2014-cü il hadisələrindən sonra yüz minlərlə yezidi kürd Ermənistana, o cümlədən Qarabağa köçmək istədi. Təsəvvür edin ki, dövlətimiz bu istiqamətdə işə başlasaydı, insanlara Qarabağdakı şərait, durum barədə danışsaydı ən azı 100.000 yezidi kürd bu ərazilərə köçəcəkdi. Hazırda 400.000 qaçqın çadırda yaşayır. Əminəm ki, onlar Qarabağa köçəcəkdilər. Çünki bu qaçqınlar artıq səkkiz ildir ki, çadırlarda yaşayırlar və Qarabağdan fərqli olmayan bir müharibə şəraitindədirlər. İraq Kürd muxtariyyətinin hakimiyyət orqanlarından fərqli olaraq, "Qarabağ hakimiyyəti" yezidiləri özünümüdafiə üçün silahla da təmin edirdi. Yezidilər dağlarda əla döyüşürlər, - erməni jurnalist yezidi kürdlərlə bağlı mənfur planlarının reallaşmamasından gileylənib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Qarabağ  





Xəbər lenti