Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar aparılıb

   Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar aparılıb
  07 Sentyabr 2022    Oxunub:498
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib. Tərəflər ölkələr arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti