Ana olan 13 yaşlı qızın psixoloji durumu qiymətləndirilib

 Ana olan 13 yaşlı qızın psixoloji durumu qiymətləndirilib
  07 Sentyabr 2022    Oxunub:714
Sentyabrın 7-də sosial şəbəkədə 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.
Bu barədə AzVision.az-a Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, həmçinin Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib:

"Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məslələlər Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir".

AzVision.az



Teqlər:



Xəbər lenti