Ombudsman nümayəndələri 13 yaşlı ana ilə görüşdü

   Ombudsman nümayəndələri 13 yaşlı ana ilə görüşdü
  07 Sentyabr 2022    Oxunub:580
Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər.
Ombudsman Aparatından AzVision.az -a verilən məlumata görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: "Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb".

AzVision.az



Teqlər:



Xəbər lenti