Ağsuda itkin düşən qadın Sulutəpədə tapıldı

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az - a verilən məlumata görə, 28 yaşlı xanım Bakıda, Sulutəpə qəsəbəsində tanışının evində tapılaraq ailəsinə təhvil verilib. O, tapılarkən sağ-salamat olub.
Qeyd edək ki, onunla eyni gündə itkin düşən 33 yaşlı Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.
AzVision.az
Teqlər: