DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
  07 Sentyabr 2022    Oxunub:647
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AzVision.az -a açıqlamasında deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub:

“Sürcülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiyinizə görə öncədən təşəkkür edirik!".

AzVision.az


Teqlər:





Xəbər lenti