iPhone 14 təqdim olunub

iPhone 14 əvvəlki nəsil altı nüvəli Apple A15 Bionic ilə eyni çipə, əsas kamera 12 meqapiksel təsvir ölçüsünə və f/1.5 diaframa malikdir. Təqdim olunan qurğular mobil operatorların əhatə dairəsi olmadıqda işləyəcək peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyir.
"iPhone 14" 799 dollar, "iPhone 14 Max" 899 dollardır. Öncədən sifarişlər sentyabrın 9-dan qəbul ediləcək, smartfonlar isə sentyabrın 16-da satışa çıxarılacaq.
Sentyabrın əvvəlində Apple cihazın təkmilləşdirilməsi ehtiyacı fonunda yeni smartfonların uğurlu satışını proqnozlaşdırmışdı.
Teqlər: