Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min alıb? - AÇIQLAMA

   Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min alıb? -    AÇIQLAMA
  07 Sentyabr 2022    Oxunub:1107
“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb.
AzVision.az xəbər verir ki, bu barədə haqqin.az saytında yazılıb.

Ə.Zeynallının R.Məmmədovun yaxınlarından onu tənqid etməyi dayandıracağı müqabilində pul aldığı bildirilir. Lakin Ə.Zeynallı üzərinə düşdüyü öhdəliyi pozduğu üçün R.Məmmədovun ailəsinin pulu geri tələb etdiyi qeyd olunur.

Bununla bağlı səs yazısı da saytda yayımlanıb.




Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib:

“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Əvəz Zeynallı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək.


Teqlər:





Xəbər lenti