Ötən sutkada 5-i azyaşlı olmaqla 10 nəfər xilas edilib

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda “DAF” markalı yük avtomobilinin vətəndaşı vurması nəticəsində avtomobilin altında qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az
Teqlər: