COVID-19 pandemiyası: Hər 44 saniyədə bir nəfər ölür

   COVID-19 pandemiyası:    Hər 44 saniyədə bir nəfər ölür
  08 Sentyabr 2022    Oxunub:674
COVID-19-a təsdiqlənmiş yoluxma halları və bu səbəbdən ölüm hallarının gündəlik sayı azalmaqda davam edir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yoluxanlarının sayının azalmasının davamlı olmasına heç bir zəmanət yoxdur. Gündəlik təsdiqlənmiş ölüm hallarının sayı fevral ayından bəri 80 faizdən çox azalıb, lakin hətta belə bir azalmada keçən həftə COVID-19 səbəbi ilə hər 44 saniyədə bir nəfər ölüb.

“Ola bilər ki, siz pandemiyanın hələ bitmədiyini eşitməkdən artıq yorulmusunuz. Lakin mən, pandemiya bitənəcən bunu təkrarlayacam. Bu virus elə belə yox olmayacaq”.

Qeyd edək ki, keçən həftə ərzində 4,2 milyona yaxın insan koronavirus infeksiyasına yoluxub, 13 mindən çox insan bu xəstəlik səbəbindən ölüb. Ötən yeddi günlə müqayisədə yoluxma hallarının sayı 12 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.

Xəstəliyə yoluxma hallarının sayında əhəmiyyətli azalma xüsusilə Şərqi Aralıq dənizi regionu (29 faiz), Cənub-Şərqi Asiya (22 faiz) və Avropada (15 faiz) qeydə alınıb. Yaponiya həftə ərzində ən çox - 1 164 787 yoluxma halının olması barədə məlumat verib. Daha sonra ABŞ (586 509), Koreya Respublikası (585 374), Rusiya (323 500) və Çin (238 044) yer alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti