“Qarabağ”ın oyunu ölkənin ən böyük ekranında

Buna baxmayaraq, “Qarabağ” oyunlarına maraq yüksək səviyyədədir, məhz buna görə Avropa Liqasının qrup mərhələsinin ilk turu, “Frayburq”la oyunu ölkənin ən böyük ekranında – Park Cinema Flame Tower kinoteatrının IMAX zalında canlı izləmək imkanı yaradılıb.
Yeri gəlmişkən, “Park Cinema” üçün bu, Ağdam komandasının oyunlarının nümayişi ilə bağlı ilk təcrübə deyil – bundan əvvəl “Qarabağ”ın “Viktoriya”ya qarşı oyunları da IMAX zalında nümayiş etdirilib, hətta kinoteatırda kiçik fan-zona da hazırlanıb. Xatırladaq ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Biletləri kinoteatrın kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərsiniz.
AzVision.az
Teqlər: