Ağcabədi sakini qohumunu tapança ilə yaraladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində L. İslamov saxlanılıb. Onun Avşar kəndi ərazisində yerləşən atasına məxsus fermada gizlətdiyi “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
AzVision.az
Teqlər: