Bakı, Sumqayıt və Abşeronda sentyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeronda sentyabrın pensiyaları ödənilib
  08 Sentyabr 2022    Oxunub:562
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Bu barədə AzVision.az -a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: "Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək".

AzVision.az



Teqlər:





Xəbər lenti