Etnik ukraynalı NATO-nun Baş katibi ola bilər

   Etnik ukraynalı NATO-nun Baş katibi ola bilər
  08 Sentyabr 2022    Oxunub:746
Kanadanın Baş nazirinin müavini və maliyyə naziri, etnik ukraynalı olan Kristia Frilandın NATO Baş katibi vəzifəsinə namizədliyi nəzərdən keçirilir.
Bu barədə CBC telekanalı məlumat yayıb. Telekanal NATO-nun yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, alyansın növbəti Baş katibi vəzifəsinə qadın seçilə bilər. Kristia Friland isə namizədlər arasında üstünlüyü ilə seçilir.

Belə ki, Brüssel, Vaşinqton və Ottavadan olan dörd mənbə Frilandın beynəlxalq müdafiə və təhlükəsizlik dairələrində NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin mümkün varisi kimi xatırlanır. Vurğulanır ki, rus dilini və “Kreml işi”nin xüsusiyyətlərini bilmək onun üçün böyük üstünlük ola bilər.

Eyni zamanda, Frilandın özü də jurnalistin baş katib postuna mümkün təyinatı ilə bağlı sualına cavab olaraq bildirib ki, onun artıq iki işi var.

Qeyd edək ki, NATO-ya 2014-cü ildən norveçli diplomat Yens Stoltenberq rəhbərlik edir. Onun səlahiyyət müddəti bu ilin sentyabr ayında başa çatmalı idi. Lakin Y.Stoltenberq vəzifədə daha 1 il - 2023-cü ilədək qalacaq. Buna səbəb kimi Ukrayna ilə Rusiya arasında davam edən müharibə göstərilir.

AzVision.az




Teqlər:





Xəbər lenti