Laçın və Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub

   Laçın və Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub
  09 Sentyabr 2022    Oxunub:951
Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən (MN) bildirilib.

AzVision.az



Teqlər: MN  





Xəbər lenti