Tələbə krediti ən çox hansı universitetə verilib?

   Tələbə krediti ən çox hansı universitetə verilib?
  09 Sentyabr 2022    Oxunub:632
2021-2022-ci tədris ilində təhsil tələbə krediti ilə bağlı 10 597 müraciət olub. Həmin müraciətlərdən 7 962-si yekunlaşdırılıb, 2 635-i natamam hesab olunub.
AzVision.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu müddətdə 1 147 tələbənin müraciətinə imtina verilib:

"Gender bölgüsünə gəlincə, kredit alan 6 815 tələbədən 3 786-sı qadın, 3 029-u isə kişi olub. Ali təhsilin bakalavr pilləsi üzrə 5795, magistr üzrə 849 nəfərə təhsil krediti verilib. Bu müddətdə kreditlər üçün ümumilikdə 5 991 947,67 manat vəsait xərclənib. Ən çox Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri kredit alıb".

AzVision.az



Teqlər:





Xəbər lenti