Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişdi

   Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişdi
  09 Sentyabr 2022    Oxunub:584
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.

Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti