Valideynlər övladlarının dərslərə davamiyyətini izləyə biləcək

   Valideynlər övladlarının dərslərə davamiyyətini izləyə biləcək
  09 Sentyabr 2022    Oxunub:612
“Bəzən tələbə öz akademik borclarını valideynlərə bildirmir və kreditlərin verilməsində problemlər meydana çıxır”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bunun üçün xüsusi proqram hazırlanır və valideynlər övladlarının dərslərə davamiyyəti, göstəricilərini izləyə biləcəklər.

A.Paşayev xatırladıb ki, qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb: "Gələcəkdə bu məsələyə yenidən baxıla bilər".

AzVision.az



Teqlər:





Xəbər lenti