Bu müəllimlər yaxın günlərdə sertifikatlaşdırmaya cəlb ediləcək

   Bu müəllimlər yaxın günlərdə sertifikatlaşdırmaya cəlb ediləcək
  09 Sentyabr 2022    Oxunub:658
“MİQ imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikatlaşdırmaya cəlb edəcəyik”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verəcək və imtahandan uğurla keçənlər maaşlarına əlavələr alacaq: “Bu, təxminən, 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizdən çoxu 51 baldan yüksək olacaq. Ümumilikdə sertifikatlaşmadan keçən müəllimlərin sayı artacaq”.

AzVision.az



Teqlər:





Xəbər lenti