Bu günə qədər 3200 tələbə kredit almaq üçün müraciət edib

Onun sözlərinə görə, ali məktəblər təhsil haqqlarının toplanmasında müxtəlif mexanizmlərdən istifadə edə bilərlər: "Bu istiqamətdə əməkdaşlıq qurmuşuq. Xahiş edirik ki, yeni qəbul olan tələbələrə kredit almaları üçün imkan yaradılsın. Yanaşma əsasən qarşılıqlı əməkdaşlıq çərçivəsində olmalıdır. Belə olan halda dərhal həmin tələbənin təhsil haqqını köçürməyə çalışırıq. Lakin qaydaları dəyişib birinci kurs tələbələrinə təhsil haqqını birdəfəlik verə bilmərik".
"Bu günə qədər ali təhsil müəssisəsinə qəbul olmuş 3200 nəfər artıq kredit almaq üçün müraciət var. Onların qəbul olduqları müvafiq ali təhsil müəssisələrindən təsdiqini gözləyirik", - A.Paşayev əlavə edib.
AzVision.az
Teqlər: