Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcək

Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcək
  09 Sentyabr 2022    Oxunub:698
Azərbaycanın rayonlarında qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti