Nazirlik: "Şagirdlər üçün yay düşərgələrinin təşkili aktual deyil"

Onun sözlərinə görə, nazirlik sadəcə düşərgələri təşkil edən təşkilatlarla əməkdaşlıq edə bilər: "Düşərgəni təşkil etmək üçün yer, baza olmalıdır. Nazirliyin hazırda belə imkanları yoxdur. Bu il şəhid övladları üçün müəyyən düşərgələr təşkil olunmuşdu. Amma bunu da müvafiq qurumlar və ya qeyri-hökumət təşkilatları etmişdi. Biz sadəcə onlara əməkdaşlıq çərçivəsində dəstək vermişdik".
Sektor müdiri ayrı-ayrı valideynlər tərəfindən səfərlər təşkil olunan zaman baş verən qəzalara da münasibət bildirib: "Dərsdən sonrakı fəaliyyətdə hər kəs azaddır. Valideynlərin bir-biri ilə əlaqələri var. Sadəcə biz tövsiyə edirik ki, belə hallar olmasın. Nazirlik özü belə tədbirləri təşkil edəndə aidiyatı qurumlarla əməkdaşlıq edir ki, xoşagəlməz hallar yaşanmasın".
AzVision.az
Teqlər: