Elton Məmmədov: “Deputatları gözdən salırlar”

Elton Məmmədov: “Deputatları gözdən salırlar”
  02 May 2014    Oxunub:1220
“Deputatı boynunun ardını yuxarı lojadan çəkib ekran vasitəsilə reklam etdirməsinlər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elton Məmmədov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib:

“Oqtay Əsədov siz sağlam ictimaiyyətə böyük mesaj yolladınız. İndi bunu hörmətli mətbuat işçiləri hər zaman olduğu kimi özlərinə sərf edən formada qiymətləndirir, bu başqa məsələdir. Sizdən xahiş edirəm ki, çox hörmətli mətbuat işçilərinə, Milli Məclisə akreditə olunana mətbuat əməkdaşlarına tövsiyyə və tapşırıq verin ki, millət vəkilinin boynunun ardından yuxarı lojadan çəkib ekran vasitəsilə reklam etdirməsinlər. Onların qeyd etdiyi həmin hərəkətlər etik normalara ziddir. Milli Məclis sivil və qanunverici orqandır. Milli Məclisin Mətbuat Katibliyi var. Sizin tapşırığınıza uyğun olaraq lazım bilinən süjetləri, çəklişləri müraciət edərək akreditə olunmuş jurnalistlər alaraq ictimaiyyətə çatdıra bilərlər. Bura məxfi orqan deyil. Ona görə yararsız çəklişləri, görüntüləri ictimaiyyətə çatdıraraq Milli Məclisi və deputatları gözdən salırlar”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti