Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb - YENİLƏNİB

 Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb - YENİLƏNİB
  10 Sentyabr 2022    Oxunub:1495
Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.
AzVision.azxəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

***
16:34
Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

AzVision.az xəbər verir ki, onun ofisində axtarış aparılacağı deyilir.

Vəkil Elçin Sadıqov sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.

Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti