Azərbaycanda 274 nəfər kovidə yoluxdu, 3 nəfər öldü

 Azərbaycanda 274 nəfər kovidə yoluxdu, 3 nəfər öldü
  10 Sentyabr 2022    Oxunub:550
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 574 aktiv xəstə var. Bu günə qədər 9 852 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 252, bu günə qədər isə ümumilikdə 7 191 050 test icra olunub.

AzVision.az



Teqlər: Kovid   Statistika  





Xəbər lenti