Qubada "Niva" dərəyə aşıb, iki nəfər ölüb

   Qubada "Niva" dərəyə aşıb,    iki nəfər ölüb
  11 Sentyabr 2022    Oxunub:682
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti