Elçin Sadıqovu neçə il həbs gözləyir?

   Elçin Sadıqovu neçə il həbs gözləyir?
  11 Sentyabr 2022    Oxunub:762
Vəkil Elçin Sadıqov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib.

Ş.Hümbətova bildirib ki, Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkil qeyd edib ki, hazırda məhkəməyə gəliblər: "Həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib”.

Ş.Hümbətovanın sözlərinə görə, E.Sadıqov bildirib ki, heç bir təqsiri yoxdur, hər hansı cinayət törətməsindən söhbət gedə bilməz.

AzVision.az



Teqlər:





Xəbər lenti