Anası ilə çayda batan gəncin meyiti tapıldı

   Anası ilə çayda batan gəncin meyiti tapıldı
  11 Sentyabr 2022    Oxunub:596
Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb .
AzVision.az Report-a istinadən xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti