Bakıda ana 1 yaşlı uşağını yeməyinə zəhər qataraq öldürdü

    Bakıda ana 1 yaşlı uşağını yeməyinə zəhər qataraq öldürdü
  12 Sentyabr 2022    Oxunub:840
Bakıda qadın körpə övladını qətlə yetirib.
AzVision.az Suraxanı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti