"Məktəbli forması" izdihamı: "Cavabdeh deyilik"

   "Məktəbli forması" izdihamı:    "Cavabdeh deyilik"
  12 Sentyabr 2022    Oxunub:885
Bakı Tikiş Evinin qarşısında yenidən izdiham yaşanır. Övladlarına forma almaq istəyən valideynlər səhər tezdəndən müəssisənin qarşısına toplaşıblar.
Məsələ barədə AzVision.az -a açıqlama verən Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, forma tikmək təkcə onların öhdəliyində deyil:

"Hər kəs izdiham və onun səbəbləri barədə maraqlanır. Buna mən cavabdehəm? Bütün Bakı şəhərini bir müəssisə forma ilə təmin edə bilər? Buna görə Təhsil Nazirliyinə müraciət edin".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblərdə yeni formaların tətbiqi 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Yəni köhnə formaların tətbiqi 2023-cü ilinin sonunadək davam edə bilər



AzVision.az


Teqlər:





Xəbər lenti