BTE məktəb direktorlarını günahlandırır: “Şagidlərin yeni formada olmasını tələb edirlər”

“Bölgü aparılardı və qərar verilərdi ki, hansı məktəblər üçün formanı hansı müəssisələr istehsal edəcək. Meydanda tək qalmışıq, bizdən başqa heç bir müəssisə forma tikmir. Hər gün formalar tikilir və satışa çıxarılır. Artıq bu günə qədər 30 mindən çox forma satmışıq. Lakin 1 milyondan çox şagirdi təkcə Bakı Tikiş Evi forma ilə təmin edə bilməz".
E.Əzimov əsas günahın məktəb direktorlarında olduğunu vurğulayıb: “Onlar tələb edir ki, şagirdlər üçün yeni forma alınsın. Təhsil Nazirliyindən bildirilmişdi ki, bu il köhnə formalar da geyinilə bilər. Lakin onlar I sinifdən XI sinifə qədər bütün şagirdlərin yeni formada gəlməsini tələb edir. Biz yalnız ibtidai siniflər üçün forma tikirik. Böyük sinif şagirdləri üçün sifariş nəzərdə tutmamışıq",- E.Əzimov əlavə edib.
Özəl müəssisə olduqlarını vurğulayan satışı şöbəsinin rəisi qeyd edib ki, əsas işləri polis, ordu və digər güc strukturlarının formalarını istehsal etməkdir:
"Birinci növbədə bunu etməliyik. Yerdə qalan gücümüzü məktəbli formalarını tikməyə cəlb etmişik. Tender olmayıb, bizə müraciət edilməyib. Biz parçaları Türkiyədən, Belarusdan və başqa respublikalardan çətinliklə gətiririk. Əvvəlcədən ödəniş olunub və istədiyimiz parçalar istehsal edilib. İstehsal 45 gün, parçaların gəlməsi isə 15 gün çəkir. Bacardığımız qədər forma istehsal edib satmışıq. Yenə də bu işə davam edəcəyik və ilboyu istehsal olacaq. Amma gələn ilə qədər yenə də təkbaşına işin öhdəsindən gələ bilmərik. Çünki buna imkanımız da yoxdur. Bizim üçün aşağıfaizli kreditlər ayrılmalıdır ki, istehsalı reallaşdıra bilək”.
Aytən Zəhra
AzVision.az
Teqlər: