Ötən il ölkəyə gələn xarici vətəndaşların sayı açıqlanıb

2021-ci ildə ölkəyə gələn əcnəbi vətəndaşların 84%-i ümumilikdə ilk 5 ölkənin (Rusiya, Türkiyə, İran, Gürcüstan və Ukrayna) payına düşür ki, qeyd edilən ölkələr arasında 2020-ci illə müqayisədə Gürcüstan istisna olmaqla, demək olar ki, bütün ölkələrin gəlmə sayında artım müşahidə edilib. 2020-ci ildə olduğu kimi, Rusiya gəlmə sayına görə liderliyini qorusa da, ikinci pillədə qərarlaşan Gürcüstan mövqeyini Türkiyə və İrana itirərək dördüncü pilləyə qədər geriləyib. Ölkələr üzrə ən yüksək artım tempinin qeydə alındığı İrandan gələnlərin sayı 2020-ci illə müqayisədə 72% artsa da, 2019-cu il üzrə göstəricilərdən 51% geridə qalıb. Analoji olaraq, Rusiya, Türkiyə və Ukraynadan gələnlərin sayında 2020-ci illə müqayisədə müvafiq olaraq 15%, 23% və 3% artım, 2019-cu illə müqayisədə isə 72%, 38% və 71% azalma müşahidə edilib.
AzVision.az
Teqlər: