Belə ki, erməni separatçıları yaşayış məntəqəsinin ətrafını, köhnə qəbiristanlığa gedən yolu, hətta Həkəri çayına aparan cığırları sakitçə minalayıb və yalnız bundan sonra vaxtı ilə sülhməramlıların məsuliyyət zonasına daxil olan əraziləri tərk ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin istehkamçı bölmələrinin ayıq-sayıqlığı nəticəsində yaşayış məntəqəsinin kənarlarında, ikici dərəcəli yollarda və işğal illərində dağıdılmış Zabux kəndi xarabalıqlarında çox sayda “PMN-E” markalı Ermənistan istehsalı piyada əlehinə minalar, sursat və digər təhlükəli əşyalar tapılıb. Axtarış işləri hələ də davam edir.
Sözügedən sursatın partlayıcı gücü iki dəfə (100 q. trotil ekvivalentinə qədər) azaldılıb. Bu halda piyada əlehinə “PMN-E” minasının qurbanı adətən ayağını itirir. Yəni düşmən az həcmdə trotil işlədərək, dinc əhalimizə maksimal dərəcədə ziyan vurmaq niyyətində olub. Bəli, məhz dinc əhalimizə. Çünki erməni terrorunun hədəfində kəndi bərpa etməyə gələn mütəxəssislərimiz və Zabuxa qayıdacaq əsl sakinləri olublar…
Zabuxda çəkdiyimiz şəkillər beynəlxalq arenada gecə-gündüz ağlaşma quran erməni separatçıları və onlara havadarlıq edən qüvvələrin xislətini, iç üzünü sərgiləyir. Minaların gövdəsindəki işarələnmədən bəlli olur ki, yaşayış məntəqəsinə basdırılan sursat 2021-ci ildə, yəni 44 günlük Müharibədən sonra Ermənistanda istehsal olunub və Azərbaycan ərazisinə sülhməramlıların nəzarətində olan postlardan keçirilib.
Necə deyərlər, "Kor-kor, gör-gör"...
Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün
Foto: Polygon Azərbaycan / AzVision.az üçün
Zabux, Laçın 09.2022







Vaxtında, Aydın, Lazımlı!


