"Əvəz Zeynallı məni şantaj edib pul tələb edirdi" - Rasim Məmmədov

R.Məmmədov bildirib ki, Əvəz Zeynallı onu dəfələrlə hədələyib:
"Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir mənə təzyiq edərək, pul tələb edir. İndi şükür Allaha gəlib oturub qonşuluqda ağlı başına gəlir. Əvəz dəfələrlə məni şantaj edir və ailəmə qarşı terror edirdi. 2005-2020-ci illərdə məni şantaj edib. İndi də davam edirdi".
Dövlət ittihamçısı ittiham olunan şəxsin dediklərinə münasibət bildirərək şəxsin cinayət xarakterli məlumatlarlarla bağlı iltizam tətbiq olunmalı olduğunu bildirib:
"Şəxs kifayət qədər cinayət xarakterli məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir."
AzVision.az
Teqlər: