Metroda sərnişin stansiya yoluna düşdü

   Metroda sərnişin stansiya yoluna düşdü
  12 Sentyabr 2022    Oxunub:606
Metronun "Elmlər Akademiyası" stansiyasında bir sərnişin stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.
Bu barədə AzVision.az -a "Bakı Metripoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində kişi sərnişin saxlanılıb və o, qatara mindirilib.

Qatarların hərəkətində ciddi yubanma olmayıb və problem qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti