Ağacları kəsən şirkət cəzalandırılıb

Ağacları kəsən şirkət cəzalandırılıb
  12 Sentyabr 2022    Oxunub:702
Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Vaqif Cavadov deyib. O bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı "Grand Aqro" MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.

Faktla bağlı "Grand Aqro" MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti