“Siyasi məhbus” adı altında gizlənməyə çalışırlar” - Mircalal Mehdiyev

“Siyasi məhbus” adı altında gizlənməyə çalışırlar” -    Mircalal Mehdiyev
  12 Sentyabr 2022    Oxunub:1684
“Əvəz Zeynallının səs yazısını 6 yaşlı uşağa dinlətsən, söhbətin puldan getdiyini başa düşəcək. Bu gün qanun pozuntularına yol verən əksər müxalif fikirli insanlar zənn edirlər ki, hökumət qorxacaq və onları həbs etməyəcək, çünkü özlərinə "siyasi məhbus" adı qoyacaqlar”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Mircalal Mehdiyev deyib. O əlavə edib ki, sağlam və şəffaf cəmiyyət naminə bu insanlara qarşı ciddi mübarizə aparmaq labüddür:

“Azərbaycanda demokratiya və söz azadlığı dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Azərbaycan hökumətinin siyasi sifarişlə kimisə həbs etdirməsinə ehtiyacı yoxdur. Ölkədə "siyasi məhbus" yoxdur, ola bilməz. Saxlanılan və həbs olunanlar hansısa konkret cinayət əməlinə görə məsuliyyət daşıyırlar”.



Teqlər:





Xəbər lenti