"Bakı Metropoliteni"ndə yeni qatarlar istismara veriləcək

   "Bakı Metropoliteni"ndə yeni qatarlar istismara veriləcək
  13 Sentyabr 2022    Oxunub:1183
"Bakı Metropoliteni" QSC yeni vaqonlar alır.
AzVision.az xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, yeni 20 vaqonun Bakıya gətirilməsi üçün Metropolitenin nümayəndə heyəti Moskvaya yola düşüb: "Artıq onların Bakıya gətirilməsi və qısa zamanda istismara buraxılması iş aparılır".

H.Məmmədov qeyd edib ki, sentyabrda 10 vaqon Bakıya gətiriləcək: "Növbəti 10 vaqon isə oktyabrda gətiriləcək.
Bu il 20 vaqon, yəni 4 qatar Bakıda olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Vaqon  



Xəbər lenti