Ordumuzun məhv etdiyi əsgər: Ansamblda yeri boş qaldı - FOTO

  Ordumuzun məhv etdiyi əsgər:  Ansamblda yeri boş qaldı -  FOTO
  13 Sentyabr 2022    Oxunub:3283
Xəbər verdiyimiz kimi Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.
Ermənistan mediası artıq öldürülən əsgərlərin kimliyi barədə məlumatlar yayır. AzVision.az xəbər verir ki, təxribat zamanı öldürülən hərbçilərdən biri rəqqas olub.

"49 hərbçimiz ölüb" - Paşinyan
“Berd” rəqs ansamblının Facebook səhifəsi artıq məlumatı təsdiqləyib. Paylaşımda qeyd edilir ki, "yenə ağrılı və geri dönməz itki ilə üzləşdik. Əla rəqqas, parlaq gənc. “Berd” ansamblının rəqqasları arasında onun yeri boş qaldı. Bununla belə, hər dəfə “Berd” səhnəyə çıxanda hamı səni hərarətli alqışlayacaq, əziz Lavrenti". Göründüyü kimə ölən şəxs Lavrenti adlı əsgər olub", - "Mamul" saytı yazıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə yüzə yaxın erməni əsgərin öldürüldüyü deyilir. Baş nazir Nikol Paşinyan artıq 49 əsgərin ölümünü təsdiqləyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rəqqas   Təxribat  





Xəbər lenti