Azərbaycan Silahlı Qüvvələri sərhəd boyunca vəziyyətə nəzarət edir

   Azərbaycan Silahlı Qüvvələri sərhəd boyunca vəziyyətə nəzarət edir
  13 Sentyabr 2022    Oxunub:787
Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.
AzVision.az xəbər verir ki, bu barədə sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi operativ müşavirədə bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

AzVision.az



Teqlər:





Xəbər lenti