Əsgər valideynləri erməni deputata hücum etdilər - VİDEO

 Əsgər valideynləri erməni deputata hücum etdilər -    VİDEO
  13 Sentyabr 2022    Oxunub:1168
Ermənistanda İrəvanın törətdiyi sərhəd təxribatlarından sonra etirazlar artıb. AzVision.az xəbər verir ki, bir müddət öncə deputat Ovik Aqazaryan jurnalistlərin suallarını cavablandırarkən ona hücum olub.
Etirazçılardan biri “satqın” şüarları səsləndirərək deputatın üzərinə su atıb. Yerli saytlar yazır ki, Aqazaryan əvvəlcə diksinsə də ona hücum edən şəxsin qadın olduğunu və atılan mayenin su olduğunu anayaraq adekvat cavab verməyib. Bundan sonra polislər qadını saxlayıblar.

Erməni əsgər atasına yanlış ölüm xəbəri gətirdilər, özünü asdı
Xatırladaq ki, bu gün döyüşlərdə öldürülmüş hərbçilərin valideynləri parlamentin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  





Xəbər lenti