"Mənimlə fəxr edəcəksən" deyirdi" - Şəhidin qardaşı

 "Mənimlə fəxr edəcəksən" deyirdi" -    Şəhidin qardaşı
  14 Sentyabr 2022    Oxunub:1026
"Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi".
AzVision.az xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib.

O qeyd edib ki, qardaşı həmişə onunla fəxr edəcəyimizi deyirdi:

"Biz körpə olanda valideynlərimiz vəfat etdik, SOS kəndində qalmışıq. Qardaşım gizi idi. "Mənimlə fəxr edəcəksən" deyirdi və dediyini də edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Onun itkisi mənim üçün nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm".

AzVision.az



Teqlər:





Xəbər lenti