Bu il 96 üçəm doğulub

   Bu il 96 üçəm doğulub
  14 Sentyabr 2022    Oxunub:562
Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 71491 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,2-yə qədər artıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 984, üçəm doğulanların sayı isə 96 olub.

AzVision.az


Teqlər:





Xəbər lenti