
Ülvi Nəsirovun nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli bayrağımız atasına təhvil verilib. Sonda yayılım atəşi açılıb.

Qeyd edək ki, Ülvi 2000-ci il mayın 15-də Saatlı rayonunun Qaranuru kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələrində kiçik gizir kimi xidmətini davam etdirib. Vətən müharibəsi iştirakçısı olan Ülvi Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə də qəhrəmanlığı ilə fərqlənib.

AzVision.az