Şəmkir və Zaqatalada şəhidlərimiz dəfn edilib

  Şəmkir və Zaqatalada şəhidlərimiz dəfn edilib
  14 Sentyabr 2022    Oxunub:1263
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Zaqatalada dəfn edilib.
AzVision.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, leytenant, 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulduğu Yuxarı Tala kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.



***
Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyal Elxan oğlu Süleymanov Şəmkir rayonunda dəfn edilib.

AzVision.az xəbər verir ki, 26 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Şeyidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə X.Süleymanovun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.



AzVision.az



Teqlər:





Xəbər lenti