Britaniya səfiri İlham Əliyevə təşəkkür edib

   Britaniya səfiri İlham Əliyevə təşəkkür edib
  14 Sentyabr 2022    Oxunub:494
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould Prezident İlham Əliyevə təşəkkür edib.
AzVision.az xəbər verir ki, səfir bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Ülyahəzrət Kraliça II Elizabetin vəfatı münasibətilə matəm kitabını imzalamağa səfirliyə gəldiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident tərəfindən göstərilən ehtiram və diqqət ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir”, - deyə səfir paylaşımında qeyd edib.





AzVision.az


Teqlər:





Xəbər lenti