Rusiya XİN: “Azərbaycan-Ermənistan münasibətləri Qərbin kaprizlərindən asılı olmamalıdır”

“Üçlüyün işinin əsas prinsipinin - konsensus qaydasının belə kobud şəkildə pozulması ATƏT-in Minsk Qrupunun otuz illik tarixində ilk dəfə baş verib. Eyni zamanda, Rusiya tərəfi hələlik qrupun fəaliyyətinin qarşısının alınmasının səbəbləri ilə bağlı dəqiq izahat almayıb.
Bir müddət sonra Parisdən heç nə olmamış kimi həmsədrlər vasitəsilə təmasları bərpa etməyə hazır olduqları barədə dolayı siqnallar gəlməyə başladı. Başqa bir uydurma bəhanə ilə belə dağıdıcı hərəkətlərin gələcəkdə təkrar olunmayacağına zəmanət yoxdur”.
O, həmçinin xatırladıb ki, vasitəçi müəyyən mübahisədə iştirak edən bütün tərəflərin xidmətlərində maraqlı olarsa, onun uğur şansı var: “Ancaq belə bir konsensus yox idi”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: